Onlayn ictimai-siyasi qəzet
Britaniyanın mərhum şahzadəsi Diananın üzərində ağ fonda qara qoyun şəkli olan sviteri rekord qiymətə satılıb.
Musavat.com xəbər verir ki, ilkin olaraq 50-80 min dollar dəyərində qiymətləndirilsə də, “Sotheby's” hərrac evində sviter 1,14 milyon dollara satılıb.
Hərrac evi avqustun 31-də sviter üçün hərrac açıb və ona maksimum 200 min dollar təklif edilib. Amma hərracın sonunda alıcılardan biri 5,5 dəfə çox pul təklif edib. BBC xəbər verir ki, hərrac evi alıcının adını açıqlamayıb.
“Sotheby's”in məlumatına görə, sviter bu ilin mart ayında çardaqda tapılıb. Şahzadə Diananın hərraca çıxarılan digər əşyalarından yüksək məbləğ əldə edildiyi üçün sviteri də satmaq qərarına gəliblər. Məlumat üçün bildirək ki, onun “Ford Escort” avtomobili 806 min dollara, “Attala Xaçı” isə bu il Kim Kardaşyan tərəfindən 203 min dollara alınıb.
Haqqında söhbət gedən sviteri Diana 1981-ci ildə geyinib. O zaman o, Diana Spenser idi, şahzadə statusuna malik deyildi, sadəcə, Şahzadə Çarlzın nişanlısı idi. Diananın pərəstişkarları bu sviteri onun kral ailəsindəki mövqeyinin simvolu kimi geyindiyini bildiriblər. Toydan sonra Bukingem Sarayı sviteri hazırlayan “Warm and Wonderful” şirkətinə yazıb ki, onun sızması var. Şirkət həmin sviterdən yenisini göndərib və Diana onu 1983-cü ildə geyinib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ