İnsanlara hürriyət, millətlərə istiqlal!

CAR Putinin sammitdə iştirak edəcəyini dünyaya car çəkir

Cənubi Afrika Respublikası (CAR) bu ilin avqustunda keçiriləcək təşkilatın sammitində bütün BRİKS ölkələrinin liderlərinin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirak etməsinə hazırlaşır.

Musavat.com xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində assosiasiyanın CAR-lə təmsilçisi Anil Suklal deyib.

Suklal qeyd edib ki, respublikada BRİKS-in beş ölkəsinin liderlərinin qarşıdakı sammitdə şəxsən iştirak edəcəyinə dair təsdiq var.

“Bütün liderlər sammitdə iştirak edəcək. Rusiya bunun əksini iddia etməyib”.

Suklalın məlumatına görə, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramofosa Rusiya liderinə dəvət göndərib. Mənbənin sözlərinə görə, cavab olaraq Putin cənubi afrikalı həmkarına təşəkkür edib.

Bundan əvvəl 2024-cü ildə BRİKS sammitinin Kazanda keçiriləcəyi bildirilirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR