İnsanlara hürriyət, millətlərə istiqlal!

Canet Yellendən ABŞ və Çinlə bağlı SON DƏQİQƏ açıqlaması: bir gecədə...

“Dünya həm ABŞ, həm də Çinin çiçəklənməsi üçün kifayət qədər böyükdür”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətləri sabitləşdirmək məqsədilə gerçəkləşdirdiyi Pekin səfəri zamanı bu sözləri işlədib.

Yellen Çinin yeni iqtisadi rəhbərliyi, o cümlədən baş nazir Li Tsyan və Mərkəzi Bankın yeni rəhbəri Pan Quenşen ilə birbaşa, əsaslı və məhsuldar danışıqlar apardığını deyib.

“Heç bir səfər bizim problemlərimizi bir gecədə həll etməyəcək. Amma ümid edirəm ki, bu səfər davamlı və məhsuldar kommunikasiya kanalı yaratmağa kömək göstərəcək”, - deyə Canet Yellen Pekində keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, son həftələrdə Bayden administrasiyası Çin rəhbərliyi ilə əlaqələri düzəltməyə çalışır. Ekspertlər bunu Rusiya ilə münasibətlərin demək olar ki, sıfıra enməsi və hətta az qala savaş həddinə çatması ilə izah edirlər.

Son bir ildə ABŞ Çin şirkətlərinə qarşı ağır sanksiyalar tətbiq edib. Bundan başqa, rəsmi Vaşinqton Yaponiya və Niderlanddakı müttəfiqlərini Çinə qabaqcıl yarımkeçiricilərin satışını məhdudlaşdırmağa sövq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR