İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün dünya bu qadının başına gələnlərdən danışır - ŞOK CİNAYƏT

Romantik fırıldaqçılıq və ya sevgi saxtakarlığı anlayışı həyatımıza o qədər daxil olub ki, saysız-hesabsız qadınları aldadaraq milyonlar oğurlayan cinayətkarların həyatı indi sənədli filmlərin mövzusuna çevrilir.

Musavat.com xəbər verir ki, "Action Fraud"un məlumatına görə, Böyük Britaniyada insanlar hər il "sevgi fırıldaqları" səbəbindən 92 milyon funt sterlinq itirirlər. Həmçinin vurğulanır ki, Sevgililər Günü və Milad bayramı ərəfəsində bu cür cinayətlərin qurbanlarının sayı artır.

Bu hadisələr, əlbəttə ki, təkcə Böyük Britaniyaya xarakterik deyil. Yaponiyada baş verən saxtakarlıq hadisəsi İngiltərə mediasında statistik məlumatların üzə çıxarılmasına səbəb olub.

Adı açıqlanmayan 65 yaşlı yapon qadının başına gələnlər, əslində, hamıya xəbərdarlıqdır.

Yaponiyanın "TV Asahi" telekanalının məlumatına görə, 65 yaşlı qurban iyun ayında "İnstaqram"da bir kişi ilə söhbət etməyə başlayıb.

Həmin şəxsin profili kosmik görüntülər, astronavt kostyumları və Beynəlxalq Kosmik Stansiyadan (BKS) çoxlu fotoşəkillərlə dolu olub.

Kişi tezliklə adı açıqlanmayan qadına aşiq olduğunu bildirib. 

Fırıldaqçı rus kosmonavtı olduğunu və artıq kosmosa səfər etdiyini iddia edib. O bildirib ki, Yer kürəsinə qayıtmaq və sevgisinə qovuşmaq üçün ona 27 min avro lazımdır.

Kişi qadına Beynəlxalq Kosmik Stansiyanı tərk etmək üçün tələb olunan “raket eniş haqqını” ödəyə bilsə, Yerə qayıdacağını və birlikdə yeni həyata başlamaq üçün onunla evlənib Yaponiyaya köçmək istədiyini söyləyib.

Avqustun 19-dan sentyabrın 5-dək qadın raketin xərcini ödəmək üçün "gələcək əri"nə 27 min avro göndərib.

Lakin qadın sonda vəziyyətdən şübhələnib və polisə müraciət edib. Hazırda “romantik fırıldaq” araşdırılır.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR