İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün dünya bu qadından danışır: “Nəfəsim kəsildi, inana bilmədim...” - FOTO

İki bətni olan amerikalı qadın milyonda bir rast gəlinən hamiləlikdən və 20 saatlıq doğuş sancısından sonra iki gündə iki uşaq dünyaya gətirib.

Musavat.com xəbər verir ki, 32 yaşlı Kelsey Hatçer çərşənbə axşamı günü ilk qızını, çərşənbə günü isə ikinci qızını dünyaya gətirib.

Hatçerin 17 yaşı olanda onun iki bətni olduğu aşkarlanıb. Həkimlər bunun nadir anadangəlmə anomaliya hesab edir.

Hər iki uşaqlıq yolunda hamilə qalma ehtimalı isə daha da aşağıdır - milyonda bir.

Hatçer ultrasəs müayinəsi zamanı hər iki bətnində körpənin olduğunu müəyyən edəndə keçirdiyi hisslərdən danışıb: “Nəfəsim kəsildi... İnana bilmədim”.

Doğuşu həyata keçirən professor Riçard Devis qeyd edib ki, hər bir körpənin "böyümək və inkişaf etmək üçün əlavə yer" var. Bunun səbəbi tipik əkiz hamiləliklərdən fərqli olaraq, hər körpənin ayrı bətnində olmasıdır.

Qeyd edək ki, 2019-cu ildə Banqladeşdə bir həkim bir qadının vaxtından əvvəl doğulmuş körpəni dünyaya gətirdikdən təxminən bir ay sonra əkiz uşaq da dünyaya gətirdiyini açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR