Onlayn ictimai-siyasi qəzet
Astoloqlara görə, noyabr ayında xüsusilə 3 bürc sədaqət baxımından ciddi imtahan verəcək. Noyabr ayının göy hadisələri sevgi və münasibətlərdə həm duyğusal dərinliyi, həm də gizli niyyətlərin üzə çıxmasını önə çəkir. Veneranın Oxatan bürcündə hərəkəti azadlıq ehtiyacını artırarkən Merkuri retroqradı keçmişdə yarımçıq qalan hekayələri yenidən gündəmə gətirə bilər. Bütün bunlar bəzi bürclər üçün “aldadılma riski”ni xeyli yüksəldir.
Musavat.com Türkiyə mətbuatına istinadla “aldadılma riski” yüksək olan 3 bürcü təqdim edir.
Əkizlər (21 may – 20 iyun)
Əkizlər bu ay ünsiyyətdə yaranan qarışıqlıqlardan ən çox təsirlənəcək bürclərdəndir. Partnyorları ilə anlaşmazlıqlar və gizlədilən duyğular münasibətlərini gərginləşdirə bilər. “Bir anlıq diqqət çatışmazlığı” isə üçüncü şəxsə qapı aça bilər.
Xərçəng (21 iyun – 22 iyul)
Həddindən artıq duyğusal və fədakar davranan Xərçənglər bu ay münasibətlərində “dəyərsiz hiss etmə” riski ilə üz-üzə qala bilər. Hisslərə həddən artıq bağlanmaq qarşı tərəfin manipulyasiyasına zəmin yarada bilər.
Şir (23 iyul – 22 avqust)
Şirlər üçün Noyabr “eqonun sınağa çəkildiyi” bir dövr olacaq. Partnyorun laqeydliyi Şirin diqqətini kənara yönəldə bilər. Eyni zamanda bəzi Şirlər fərqinə varmadan münasibətlərdə emosional uzaqlığa səbəb ola bilər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ