Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış aktyoru Engin Çağlar vəfat edib.
"Report" xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, 1960-70-ci illərdə rol aldığı unudulmaz filmlərlə milyonların sevgisini qazanan sənətçi Türkiyə Film Sənaye Fonduna (FİLMSAN) 7 il sədrlik edib.
Xatırladaq ki, E.Çağlar (əsl adı Çağlan Övət - red.) 1940-cı il avqustun 28-də İstanbulda anadan olub. 1958-ci ildə qısa müddət "Qalatasaray" komandasında futbol oynayıb. Almaniyada ali təhsil alıb. İki il Şimali Kirpdə hərbi xidmətdə olub.
Kinoda ilk roluna 1968-ci ildə Bilgə Olqaçın "Öksüz" filmi ilə başlayıb. 1969-cu ildə Orxan Aksoyun rejissorluq etdiyi "Kınalı Yapıncak" filmində Hülya Koçyiğit ilə oynayaraq məşhurlaşıb. Hulki Saner ilə anlaşdıqdan sonra Metin Erksanın yönətdiyi filmlərdə görünüb. 1974-cü ildə kinodan gedib. 2016-cı ildən FİLMSAN Fondunun İdarə Heyətinə sədr seçilib.
2011-ci ildə "Altın Portakal" film festivalında, 2017-ci ildə teatr və kino aktyorları mükafatına layiq görülüb.
E.Çağlar Türkiyənin "Yeşilcam" filmlərinin aparıcı aktyorlarından olub. Onlarla bədi filmə və seriallara çəkilb.
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ