İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün dünya bu görüntülərdən DANIŞIR - Qızcığazın sözləri hər kəsi təsirləndirdi - VİDEO

Episentri Türkiyənin Kahramanmaraş şəhərində olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin ciddi dağıntılara səbəb olduğu Suriyanın İdlib, Hələb, Hama, Latakiya və Tartus vilayətlərində axtarış-xilasetmə işləri davam edir.

Musavat.com xəbər verir ki, səlahiyyətlilər ölkədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.

Dağıntılar altında qalan və kiçik bacısını qorumağa çalışan 7 yaşlı suriyalı qızın görüntüləri bütün dünyanı təsirləndirib.

Görüntülərdə dağılmış binanın dağıntıları altında qalan iki körpənin onları xilas etməyə çalışan qruplarla danışdıqları görünür.

Həmin qızcığazın adı Meryemdir, bacısı İlaafın başına zərər gəlməsin deyə, əli ilə onu qorumağa, tez-tez saçlarını sığallayaraq sakitləşdirməyə çalışır.

“New York Post” qəzetində çıxan xəbərə görə, Məryəm onları xilas etməyə çalışan qruplara “Bizi buradan çıxarsanız, nə istəsəniz, edərəm” deyib.

Xilasetmə qrupu ona belə bir şeyə ehtiyac olmadığını deyəndə kiçik qız "Yox, yox. Nə istəsən, edəcəm" deyə israr edib.

Sözügedən təsirli görüntüləri təqdim edirik:

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR