İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunu etsəniz, 400 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır.

Musavat.com xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR