Onlayn ictimai-siyasi qəzet
Müğənni Şəbnəm Tovuzlu bir neçə gün əvvəl Naxçıvandakı konsertində geyindiyi geyimindən söz açıb.
Musavat.com bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində tənqidlərə cavab verib.
Sənətçi bu geyimi məcburiyyətdən geyindiyini bildirib:
"Bu geyimin müəllifi məni vizaj edən makiyaj ustasıdır. O, geyimi fanatlıq etdiyi Xalq artisti Röya Ayxandan götürüb. Mənim heç xəbərim belə olmadan tikilməsi üçün yerli atelyelərin birinə verib. Sadəcə üstünü... O geyimin altı isə bizim ikimizin fikri olub. Konsertdə bir neçə mahnı oxuyandan sonra əynimi dəyişib, qırmızı rəngdə libas geyinməliydim. Onu tələm-tələsik geyinərkən zəncirləri qırıldı. Mənə dedilər ki, daha əvvəlki geyimlə səhnəyə çıxa bilmərsən.
İnanın ki, o qara "kombinezon"u məcburiyyətdən əynimə geyindim. Onu əynimə geyindiyim üçün çox peşmanam. Heç sevmədiyim şeylər oldu. Həyatda gözəl görünür, yəni "vulqar" görünmür. Amma efir elədir ki, monitor, işıqlar məni daha da artıq çəkili göstərir. Səni insanlara başqa cür tanıdır. Çoxları bəyənmədi. Mən özüm də bəyənmədim. Məcburiyyət qarşısında geyindim. Çox peşmanam".
Ş.Tovuzlu bu hadisədən sonra bütün dar geyimləri qarderobundan təmizlədiyini vurğulayıb:
"Evə gələndən sonra indiyə kimi geyindiyim bütün dar "lasinlər", "top"ikləri, "kombinezoblar"ı yığıb evdə çalışan xanıma dedim ki, kimə istəyirsiniz verin, yandırmaq istəyirsinizsə yandırın. Bir daha məni o libasda heç zaman görməyəcəksiniz. Necə xanım kimi geyinirdimsə, bundan sonra da elə geyinəcəyəm. Çünki özümü orada heç sevmədim".
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ