Onlayn ictimai-siyasi qəzet
Texnobloger Fərid Pərdəşünas Xəzər dənizi sahilində peyda olan məlum canlı barəsində sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Musavat.com bildirir ki, texnobloger həmin canlının maket olduğunu iddia edib.
"Xəzər dənizi sahilində peyda olan bu balina iqlim dəyişikliklərinə diqqət çəkmək üçün "Captain Boomer" əsəridir. Dünyanın bir çox şəhərində bu formada zaman-zaman peyda olur, maketdir", - deyə o qeyd edib.
Texnobloger müxtəlif ölkələrdə bununla bağlı yayılan fotoları da təqdim edib.
Xalidə Gəray
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ