İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğdanın dünya bazar qiyməti kəskin azalıb: FAO səbəbini açıqladı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl qiymətləri indeksi iyul ayında əvvəlki ayla müqayisədə 3,8 faiz azalıb.

Musavat.com xəbər verir ki, təşkilat bunu ardıcıl ikinci ay bütün əsas taxıl məhsullarının ixrac qiymətlərinin azalması ilə izah edir.

Təşkilatın iyul hesabatından aydın olur ki, buğda qiymətləri şimal yarımkürəsində məhsul yığımından sonra təmin edilən tədarük və Kanada və ABŞ-da ümumən əlverişli şəraitin fonunda ucuzlaşıb. Argentina və Braziliyada yaxşı məhsul yığımı səbəbindən qarğıdalı ixrac qiymətləri də aşağı düşüb. Eyni zamanda iyulda FAO Bütün Düyü Qiymətləri İndeksi 2,4 faiz azalıb.

Bunun əksinə olaraq, FAO Bitki Yağı Qiymətləri İndeksi iyun ayından bəri 2,4 faiz artaraq altı ayın ən yüksək səviyyəsinə çatıb. Qlobal palma, soya, günəbaxan və kolza yağı qiymətləri bioyanacaq sektorundan soya yağına güclü tələbat və bir sıra əsas istehsalçı ölkələrdə günəbaxan və kolza yağı məhsulu perspektivlərinin pisləşməsi ilə dəstəklənib.

Ümumilikdə, iyul ayında dünya ərzaq qiymətləri üzrə texniki meyar dəyişməyib və bitki yağları, ət məhsulları və şəkərin beynəlxalq kotirovkalarının artması taxılın qiymətlərində davam edən enişi kompensasiya edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR