Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.
Pərvin qonaq olduğu “Xəbərin var?” maqazin verilişində sənəti ilə bağlı müzakirə yaradacaq açıqlama verib.
Abıyeva bildirib ki, bu sənət insanı yavaş-yavaş sırtıldır:
“Jurnalistlər mənə “Bu sənətdə nədən qorxursan?” sualını verəndə, cavab verirdim ki, sırtılmaqdan. Bunu istəyirsiniz pis və ya yaxşı başa düşün. Sırtılmaq yəni yalandan da olsa saxta gülmək, xoşuna gəlməsə də xoşuma gəlmiş kimi özünü göstərmək, sevmədiyin bir insanla məcburiyyətdən bir verilişdə iştirak etmək, yazılan neqativ şərhlərə münasibət bildirməmək və fikir verməmək, onları qəlbinə almamaq. Çünki əvvəllər mən bu cür neqativ şərhlərdən pis olub, ağlayırdım. İllər keçdikcə artıq bunlara gülə də bilirəm. O şərhləri məsxərəyə qoyub, gülə də bilirəm. Amma əvvəllər bu belə deyil idi. Oturub hönkür-hönkür ağlayırdım”. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ