İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhərlərin sakinlərinə XƏBƏRDARLIQ: Külək 80 km sürətlə gəlir

Türkiyədə Meteorologiya Baş İdarəsi güclü yağış və küləklə bağlı xəbərdarlıq edib. Proqnoza görə, ölkə daxilində havanın qismən buludlu olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, Egey, Aralıq dənizinin daxili seqmentləri, Qara dənizin şərq sahilləri, Şərqi Anadolunun şimalı və Karaman bölgəsində arabir leysan yağacağı və şimşək çaxacağı təxmin edilir. İzmir, Aydın və Muğlada yağıntının güclü olacağı bildirilib.

Mərmərədə şimal və şimal-şərqdən güclü küləyin (40-60 km/saat, cənubda arabir 70-80 km/saat), Çanaqqala, Balıkəsir və Bursanın qərbində isə qısamüddətli (50-70, arabir 80 km/saat) küləklərin əsəcəyi gözlənildiyi üçün sakinlərə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Meteorologiya mütəxəssisi Orhan Şen də güclü küləyə diqqət çəkib:

"Bu gündən Türkiyədə havanın temperaturu bir neçə dərəcə aşağı enir. Mərmərə bölgəsində şimal-şərq küləkləri güclüdür. Bu gün və sabah şimal küləyi ilə bağlı diqqətli olmalıyıq. Damların uçması və ağacların aşmasına qarşı diqqətli olmalıyıq. Fırtınanın sürəti 70 km-i keçə bilər”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR