İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhərdə siqaret çəkmək QADAĞAN EDİLDİ - Böyük CƏRİMƏ

İtaliyanın maliyyə və moda paytaxtı Milan şəhərində açıq məkanlarda siqaret çəkmək qadağan olunub.

Musavat.com xəbər verir ki, 1 yanvar tarixindən qüvvəyə minən bu qadağa havanın keyfiyyətini yaxşılaşdırmaq və ictimai sağlamlığı qorumaq məqsədilə tətbiq edilib.

Qaydaya əməl etməyən şəxslər 40-240 avro arasında cərimə ödəməli olacaqlar. Lakin bu qadağa elektron siqaretlər və vape cihazlarına şamil edilmir.

Ancaq təcrid olunmuş ərazilərdə və ətrafda başqa heç kimin olmadığı hallarda siqaret çəkmək mümkündür. Belə hallarda siqaret çəkən şəxsin digər insanlardan ən azı 10 metr məsafədə olması tələb olunur.

Milan Bələdiyyəsi 2020-ci ildə qəbul edilən hava keyfiyyəti idarəçiliyi planı çərçivəsində siqaret qadağasını mərhələli şəkildə genişləndirir. İlk qadağa 2021-ci ildə qüvvəyə minib və ictimai parklar, avtobus dayanacaqları, idman obyektləri və uşaq oyun meydançalarında siqaret çəkməyi yasaqlamışdı.

Avropanın ən yüksək hava çirkliliyinə malik şəhərlərindən biri olan Milan, Po vadisindəki mövqeyi və sıx yol hərəkəti səbəbindən yüksək emissiya göstəriciləri ilə mübarizə aparır. Şəhər rəsmiləri Milan-Cortina 2026 Qış Olimpiya Oyunları öncəsində bu cür tənzimləmələrlə hava keyfiyyətini yaxşılaşdırmağı hədəfləyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR