İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu saatda arzu tutun!

Bu gün Sirius ulduzu arzularınızı gerçək edəcək.

Musavat.com xəbər verir ki, Sirius Yerə yaxın ən böyük ulduzdur.

Sirius ulduzu parlaqlığına görə yalnız günəş və aydan geri qalır.

Sirius ulduzunun adı günəşdən sonra “Qurani-kərim”də keçdiyi üçün insanlar tərəfindən bir çox inanca səbəb olub.

29 may saat 19:55 və 22:55 arasında İlahi Ulduz Sirius və Ay birləşəcək, yer və göy arasındakı paravan qalxacaq, bütün dualar və arzular gerçək olacaq.

Bu səbəbdən mütəxəssislər bildirir ki, bu saatda dualar etmək lazımdır. Arzuların daha tez qəbuul olması üçün 1 il ərzində olmasını istədiyiniz arzularınızı məktuba yazıb, saxlayın. Çünki dua, dilək və şəfa vaxtıdır.

Ruhani yüksəliş, maarifləndirmə və ilahi rəhbərlik axtarışında Siriusun gücü bizə rəhbərlik edir.

Bu birləşmə Xərçəng bürcündə meydana gəldiyi üçün,

● Su ünsürləri:

(Xərçəng, Əqrəb, Balıqlar):

Emosional intensivlik arta bilər. Meditasiya, yazı, bədii ifadə çox faydalıdır.

● Torpaq ünsürləri

(Buğa, Qız, Oğlaq):

Daxili rəhbərliklə iş və ya sağlamlıq məsələlərində aydınlıq əldə edilə bilər.

● Atəş və hava ünsürləri:

Mənəvi məsələlərdə maraqlı şüur yarana bilər, lakin bunu məntiqlə şərh etmək çətin ola bilər.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR