İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr rusların 55 milyard dollarlıq aktivləri bərpa etdi  

Belçika və Lüksemburqun Maliyyə nazirlikləri rusiyalı investorların 55 milyard dollardan çox məbləğdə aktivlərini müvəqqəti olaraq blokdan çıxarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, söhbət beş milyon Rusiya vətəndaşına məxsus xarici qiymətli kağızlardan gedir. İndi onlardan sanksiyalara məruz qalmayanlar öz vəsaitlərini geri çəkmək şansı əldə edəcəklər.

Qeyd edək ki, aktivlər Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra Belçika və Lüksemburqdakı banklar tərəfindən bloklanmışdı. Rusiyalı investorlar bu səhmləri Moskva və Sankt-Peterburq birjalarında alıblar. Rusiyadakı qiymətli kağızların sahibləri haqqında məlumatlar Milli Hesablaşma Depozitarında qorunub, o da öz növbəsində onları Avropanın “Euroclear” və “Clearstream” depozitarlarında saxlayıb.

Aktivlər yanvarın 7-dək açılıb, bu müddətin bir hissəsi Avropada Milad bayramlarına, digər bir hissəsi Rusiyada Yeni il tətillərinə düşür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR