İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Rusiyaya “çağırış”:Rədd ol!

Çexiya Rusiya Xarici İşlər Nazirliyinin rusofobiya ilə bağlı ittihamlarına cavab olaraq, Moskvanı Ukraynadan “rədd olmağa” çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Çexiya XİN-in rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

“Çexiyanın xroniki problemləri: biz uşaqları qaçırmırıq, xəstəxanaları bombalamırıq və qonşu ölkələri işğal etmirik. Ukraynadan rədd olun!” - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya insan haqları ilə bağlı tənqidi hesabat dərc edib. Hesabatın Çexiyaya həsr olunmuş hissəsində Moskva Praqanın ifadə azadlığını məhdudlaşdırmasına, qaraçılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə işarə edib, həmçinin onu rusofobiyanı qızışdırmaqda ittiham edib.

Vurğulanıb ki, Çexiyanın xroniki problemlərini həll etmək əvəzinə ölkə hakimiyyəti dağıdıcı xarici siyasət avantüralarına əl atıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR