Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Kaliforniya ştatının Pacific Palisades bölgəsində başlayan meşə yanğını qısa zamanda Los-Ancelesin milyon dollarlıq malikanələrin yerləşdiyi məhəllələrinə də keçib.
Musavat.com xəbər verir ki, dünya şöhrətli aktyorların evləri külə dönüb.
Bölgədə 30 min insan üçün təxliyə əmri verilib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, quru hava şəraiti ilə birlikdə güclü külək nəticəsində Los-Ancelesdə meşə yanğınları başlayıb. Sakit Okean Palisades bölgəsində baş verən yanğında təxminən 3 min hektar ərazi məhv olub.
Hadisə ilə bağlı Los-Ancelesdə "fövqəladə vəziyyət" elan edilib. Səlahiyyətlilər Los-Ancelesin yanğın hidrantlarında su qalmadığını açıqlayıb və hadisə yerini “3-cü dünya ölkəsi” adlandırıb.
1984-cü ildə "Polis Akademiyası" komediya filmindəki rolu ilə məşhurlaşan aktyor Stiv Quttenberq dostlarını ərazidən çıxarmağa çalışdığını, lakin yolların bağlı olduğunu bildirib. Evi alovlananlar arasında qalan amerikalı teatr və kino aktyoru Ceyms Vuds da evakuasiya zamanı çəkdiyi kadrları sosial şəbəkədə yayımlayıb. Spenser Pratt və Heidi Montag-ın evi də yanğında kül olub. Chris Pratt, Reese Witherspoon və Miles Teller kimi Hollivud məşhurları da evləri külə dönənlər arasındadır.
Sözügedən dəhşətli yanğından görüntüləri təqdim edirik.
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ