İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsulda təhlükəli bakteriyalar aşkarlandı

“Rosselxoznadzor” Belarusun “Moloçnıy Mir” şirkətinin pendirində təhlükəli bağırsaq çöpləri aşkar edib.

Musavat.com xidmətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Rusiyaya idxal olunan məhsuldan koliform bakteriyalar tapılıb və bununla bağlı Belarus Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və qida nəzarəti departamenti məlumatlandırıb.

Məlumatda qeyd olunur ki, “Moloçnıy Mir” ASC-nin Şuçin filialında istehsal edilən pendir Rusiyaya idxal edildikdə gücləndirilmiş laboratoriya nəzarəti çərçivəsində hər hansı uyğunsuzluğu müəyyən etmək üçün nümunələr götürülür və sonra “Rosselxoznadzor”un laboratoriyalarında yoxlanılır.

“Rosselxoznadzor” xatırladıb ki, əvvəllər agentlik təhlükəsizlik göstəriciləri üçün “Moloçnıy Mir” şirkətinin Şuçin filialının istehsal etdiyi bişmiş süd ətri və yağ kütləsi 45 faiz olan qablaşdırılmış Korolevski pendirindən nümunə götürüb.

Araşdırma zamanı onun tərkibində koliform bakteriyalar aşkar edilib. “Rosselxoznadzor” Belarus Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və qida nəzarəti departamentini müəyyən edilmiş uyğunsuzluq və bu məhsullarla bağlı gücləndirilmiş laboratoriya nəzarətinin tətbiqi barədə məlumatlandırıb.

Xidmətin məlumatına görə, ilin əvvəlindən Belarusun “Moloçnıy mir” şirkətinin istehsal etdiyi 10,9 min ton pendir Rusiyaya idxal edilib.

BelTA agentliyi xəbər verir ki, Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi bəzi mənbələrdə “Moloçnıy Mir” ASC-nin istehsal etdiyi pendirdə bağırsaq çöplərinin olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, “Moloçnıy Mir” ASC-nin geniş çeşidli məhsulları, o cümlədən pendirləri Azərbaycana da idxal olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR