İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir

“8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri müddətində:

- 21 və 175 nömrəli avtobuslar “Dəniz Kənarı” küçə,

- 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri,

- 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR