İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il qlobal əmtəə ticarəti kəskin azalacaq – İlginc hesabat

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) cari il üçün qlobal əmtəə ticarəti üzrə proqnozunu kəskin şəkildə aşağı salıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, oktyabrda gözlənilən 3 faiz artım proqnozunu 0,2 faiz azalma əvəz edib.

Təşkilatın ildə iki dəfə dərc olunan hesabatında deyilir ki, proqnoz aprelin 14-nə olan xarici ticarət rüsumları ilə bağlı vəziyyətə əsaslanır. ÜTT analitiklərinin fikrincə, bu vəziyyət daha da pisləşə və o zaman dünya mal ticarəti 1,5 faiz azala bilər.

Xidmətlər sektorunda artımın 4 faiz olacağı gözlənilir ki, bu da əvvəllər gözləniləndən təxminən 1 faiz bəndi pisdir. İlk dəfə olaraq ÜTT-nin xidmət ticarəti üzrə ayrıca proqnozu dərc edilib.

Təşkilatın ekspertlərinin fikrincə, qlobal mal ticarəti 2026-cı ildə 2,5 faiz artıma qayıda bilər.

2025-ci ildə qlobal ÜDM-in artımı proqnozu 2,2 faiz, 2026-cı ildə isə 2,4 faiz müəyyənləşdirilib.

ÜTT-nin rəhbəri Nqozi Okonjo-İveala deyib: “Mən ABŞ və Çin arasındakı qarşıdurma da daxil olmaqla ticarət siyasətindəki qeyri-müəyyənlikdən dərin narahatam. Tariflərdəki gərginliyin son yumşaldılması bir müddətdir dünya ticarətinə təzyiqi azaldıb. Bununla belə, davam edən qeyri-müəyyənlik dünya, xüsusilə də ən həssas iqtisadiyyatlar üçün potensial olaraq ciddi mənfi nəticələrlə qlobal artımı zəiflətmək təhlükəsi yaradır".

ÜTT analitiklərinin fikrincə, dünya ticarətinin perspektivi əhəmiyyətli risklərlə, xüsusilə ABŞ-ın 90 gün müddətinə dayandırılmış “güzgü tarifləri”nin qüvvəyə minməsi riskləri ilə xarakterizə olunur. Təkcə tariflərin tətbiqi qlobal mal ticarətinin dinamikasına 0,6 faiz bəndi həcmində mənfi təsir göstərəcək və bununla bağlı qeyri-müəyyənlik azalma tempini daha 0,8 faiz bəndi ağırlaşdıracaq.

“Təhlillərimiz göstərir ki, ticarət siyasətinin qeyri-müəyyənliyi ticarət axınına, ixraca və iqtisadi fəallığa əhəmiyyətli dərəcədə mənfi təsir göstərir”, - deyə ÜTT-nin baş iqtisadçısı Ralf Ossa bildirib. “Bundan başqa, tariflər böyük və çox vaxt gözlənilməz nəticələrə malik bir vasitədir”.

ÜTT ekspertləri Şimali Amerikanın ixracının 2025-ci ildə 12,6 faiz, idxalın isə 9,6 faiz azalacağını gözləniyirlər. Asiyada hər iki göstəricinin orta səviyyədə - 1,6 faiz artacağı proqnozlaşdırılır. Avropada, ÜTT ekspertlərinin hesablamalarına görə, ixrac 1 faiz, idxal 1,9 faiz artacaq: "ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi ticarət axınlarının yenidən istiqamətləndirilməsinə səbəb ola bilər ki, bu da Çinin üçüncü ölkələr üçün rəqabətinin artması ilə bağlı narahatlıqları artırır".

Təşkilatın analitikləri Çinin bu il Şimali Amerikadan başqa dünyanın bütün regionlarına ixracını 4-9 faiz artıracağını proqnozlaşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR