Onlayn ictimai-siyasi qəzet
Bu ilin 10 ayı ərzində Özbəkistanda məişət zorakılığına görə 15 826 nəfər cinayət və inzibati məsuliyyətə cəlb edilib.
Musavat.com gazeta.uz-a istinadla xəbər verir ki, bu, 2023-cü illə müqayisədə bir yarım dəfə çoxdur.
Ali Məhkəmənin mətbuat katibi Əziz Abidov bildirib ki, bu şəxslərdən 15 427 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 9 210 nəfər cərimələnib, 6 217 nəfər isə inzibati həbs edilib.
Dəfələrlə və ya ağırlaşdırıcı hallarla törədilmiş ailə (məişət) zorakılığına görə 399 nəfər Cinayət Məcəlləsinin 126−1-ci maddəsi ilə təqsirli bilinib, onlardan 126 nəfəri azadlıqdan məhrum edilib, 255 nəfəri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan, 18 nəfəri isə şərti cəza alıb.
Xatırladaq ki, Özbəkistan prezidenti qadın və uşaqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişiklikləri 2023-cü il aprelin 11-də imzalayıb. Bu dəyişikliklərə görə məişət zorakılığını kriminallaşdırılıb və cinsi qısnama üçün də sanksiyalar tətbiq edilib. Dəyişikliklər qüvvəyə mindiyi andan ilin sonuna qədər (doqquz aydan az) 9100-dən çox insan məhkum edilib.
Bu ilin oktyabrında prezident həmçinin məişət zorakılığı ilə bağlı işlərdə tərəflərin barışmasının istintaq mərhələsində deyil, yalnız məhkəmə mərhələsində mümkün olduğu dəyişiklikləri də imzalayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ