İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il ictimai nəqliyyatda sərnişindaşımanın həcmi 13 faiz artıb

2022-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində bütün çətinliklərə baxmayaraq ictimai nəqliyyata etimad artaraq daşımaların həcmi 13% çoxalıb.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli feysbukda yazıb.

V.Kərimli qeyd edib ki, bu il xidmət keyfiyyətinin artırılması məqsədilə yeni 255 avtobus sərnişinlərin istifadəsinə verilib, parkın yenilənməsi 61%-ə çatıb:

"Yeni 8 marşrut xətti nəticəsində daha 30 minə yaxın vətəndaşımızın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. Sektorda şəffaflaşma tədbirləri davam edib və nağdsız səyahətlərin sayı 61%-ə çatıb. Gündəlik orta hesabla 1.100.000 sərnişin nağdsız ödəniş sistemindən istifadə edir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR