İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il 42 mindən çox şəxsə əlillik təyin edilib

Bu ilin yanvar-avqust aylarında 42511 şəxsə əlillik təyin edilib.

Musavat.com xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

O bildirib ki, bunlar arasında təkrar əlillik təyinatı üstünlük təşkil edir: “Belə ki, 28 414 şəxsə təkrar əlillik, 13 594 nəfərə isə ilkin əlillik təyinatı aparılıb. Mütəmadi olaraq vətəndaşların müraciətləri cavablandırılıb. Əlillik təyin olunan xəstəliklər arasında onkoloji, nevroloji və psixi xəstəliklər üstünlük təşkil edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR