İnsanlara hürriyət, millətlərə istiqlal!

Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir

Yeni tibbi araşdırma kolanın, xüsusilə də “dietik” versiyasının orqanizm üçün ciddi təhlükə yaratdığını ortaya qoyub.

Musavat.com xəbər verir ki, alimlərin apardığı tədqiqat nəticəsində adi və “dietik” kolanın qəbulunun qaraciyərin yağlanma riskini kəskin artırdığı müəyyən edilib. Belə ki, cəmi 250 millilitr “dietik” kola içmək qaraciyərin piylənməsi ehtimalını 60 faiz, adi kolanın isə 50 faiz yüksəldir. Müqayisə üçün, bir bankada təxminən 330 millilitr içki olur.

Mütəxəssislər bildirirlər ki, süni şirinləşdiricilərin təsiri spirtli içkilərin yaratdığı zərərdən də daha güclüdür. Süni şəkərlərin parçalanması nəticəsində orqanizmdə metabolik stress və iltihab yaranır, bu isə yağ hüceyrələrinin toplanmasına və qaraciyər funksiyalarının pozulmasına gətirib çıxarır. 

95dcc4be-1717-45ef-8dee-485a431cd175.jpeg (54 KB)

Ən təhlükəlisi isə odur ki, “dietik” adlandırılan azkalorili içkilər “sağlam” kimi təqdim olunsa da, əslində orqanizmə daha çox zərbə vurur. Bu içkilər beynin aclıq siqnallarını pozur, insulin müqavimətini artırır və metabolik sistemi zədələyir.

Alimlərin yekun xəbərdarlığı belədir: “Kola nə qədər az içilsə, bir o qədər yaxşıdır.” Onların fikrincə, sağlam alternativlər kimi adi su, təbii meyvə suları və ya şəkərsiz mineral sular seçilməlidir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR