Onlayn ictimai-siyasi qəzet
Əfqan qadınların ali və orta təhsil müəssisələrində tibb sahəsində təhsil almalarını qadağan edilib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin ali lideri Haybətullah Axundzadə sərəncam imzalayıb.
Əfqanıstanın Səhiyyə Nazirliyinin səhiyyə qurumlarına göndərdiyi məlumatda bildirilib ki, qadınlara və qızlara artıq tibb institutlarında və texnikumlarda təhsil almaq hüququ verilməyəcək.
Nazirliyin açıqlamasına əsasən, yeni qayda 3 dekabrdan etibarən qüvvəyə minib. Bu qərar qadınların səhiyyə sahəsində iştirakına ciddi məhdudiyyətlər gətirir və beynəlxalq ictimaiyyət tərəfindən geniş tənqid olunacağı gözlənilir.
Qadağa xüsusən də qadınların sağlamlıq xidmətlərindən faydalanması və qadın həkimlərin çatışmazlığı kimi mövcud problemlərin daha da dərinləşəcəyinə dair narahatlıqlar yaradır.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ