Onlayn ictimai-siyasi qəzet
“Cənab Prezidentimiz İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair imzaladığı sərəncam tarixi əhəmiyyət daşıyır və zərurətdən irəli gəlib. 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ötən illərdə prezident, parlament və bələdiyyə seçkiləri heç bir vaxt coğrafi baxımdan yerində- Xankədidə, Şuşada keçirilməyib”.
Musavat.com bildirir ki, bunu deputat Musa Qasımlı Milli Məclisdəki çıxışında söyləyib.
Qeyd edib ki, ötən illərdə vətəndaşlarımız ölkənin müxtəlif rayonlarında məcburi köçkün olaraq səs veriblər:
“Bu gün isə yeni gerçəkliklər yaranıb. İlk dəfə olaraq dövlət suverenliyimiz ölkəmizin bütün ərazisində bərqərar edilib. Vətəndaşlarımız ilk dəfə olaraq daimi yaşayış yerlərində səs verəcəklər. Növbədənkənar prezident seçkilərinin keçirilməsi konstitusiyamıza tamamilə uyğundur. Eyni zamanda dünya ölkələrində keçirilən növbədənkənar prezident seçkilərinə dair onlarla misal göstərmək olar. Bu seçkilər ölkəmizin inkişafında yeni səhifə açacaq. Əsası görkəmli dövlət və siyasi xadim, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən yeni şəraitdə davam etdirilən siyasətin alternativi yoxdur. Millətimizə və dövlətimizə xeyirli- uğurlu olsun”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ