İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Ərdoğan Bakıya gəlir

Strateji müttəfiqliyimizə rəng qatacaq gün

Bu gün - mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gələcək. Səfərin reallaşacağı barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçi bildirib.

Prezident Ərdoğanın budəfəki səfəri həm də Azərbaycanın ən böyük bayramına - Dövlət Müstəqilliyi Gününə təsadüf edəcək. Bəs səfərin məhz belə bir vaxtda gerçəkləşməsinin önəmi nədir? Hansısa sənədlərin və ya bəyannamənin imzalanması gözlənilirmi?

“Baykar” şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səlcuq Bayraqdar deyib ki, şənbə günü Türkiyə və Azərbaycan prezidentləri, Nobel mükafatçısı Əziz Səncər finalçılara mükafatlarını təqdim edəcəklər. Yəni səfər proqramında bu da yer alır. Ərdoğanın səfərindən əsas gözlənti nədir?

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  AZƏRTAC

Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Aviasiya, Kosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər, həmçinin qardaş dövlətin Prezidentinin, məhz Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günündə ölkəmizə səfəri bütövlükdə bölgədəki reallıqları dəyişmək cəhdlərində bulunan, subregional kontekstdə uğradıqları uğursuzluqları Cənubi Qafqazdakı bəsit oyunlarıyla kompensasiya etməyə cəhd göstərən neoiperialist dairələrə, onların can verməkdə olan buyruq qullarına və nəfəsi kəsilmiş nüfuz müvəkkillərinə ünvanlanmış ciddi bir mesajdır: “Eyni zamanda Azərbaycan və Türkiyənin bundan sonrakı strateji  hədəflərini nümayiş etdirir. Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri və sözügedən festival çərçivəsində Bakı səmasında Azərbaycan bayrağının rənglərini ağuşuna alan Türkiyə bayrağının görüntüləri ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə dəstək və təhlükəsizliyimizə Türkiyənin təhlükəsizliyi qədər verilən təminatdır. Azərbaycan və Türkiyə bir-birilərinin təhlükəsizliyinə öz təhlükəsizliyi kimi yanaşır və bunu hər addımda açıq şəkildə büruzə verirlər”.

Elçin Mirzəbəyli qeyd etdi ki, əgər kimlərsə Şuşa Bəyannaməsinə özlərinin imzaladığı sənədlərə yanaşdıqları kimi münasibət bəsləyirlərsə Bakı səmasına baxsınlar: “Prezident İlham Əliyev ”bizim sözümüz imzamız qədər keçərlidir" deyəndə, türk xalqının dəyərlərini dilə gətirir, vaxtilə səs verdikləri qətnamələrə, imzaladıqları sənədlərə hörmət qoymayan, dövlət əxlaqından uzaq olanlara 30 ilə yaxın müddətdə yaşadıqlarımızın və bizə yaşadılanların, ən yaxşı halda prinsipsizlikdən qaynaqlandığını xatırladırdı.

Prezident Ərdoğanın səfəri çərçivəsində iki dövlət arasında imzalana biləcək sənədlərə gəldikdə isə, bu barədə rəsmi açıqlama verilmədiyi üçün konkret fikir söyləmək çox çətindir. Amma düşünürəm ki, qardaş dövlətin başçısının ölkəmizə zəfəri zamanı dostları sevindirəcək, düşmənləri isə xar edəcək sürprizlərin olacağı mümkündür".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR