İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün dünya birjalarında baş verənlər “əldəyişmədir” – Ekspert

Xəbər verdiyimiz kimi, bu gün dünya birjalarında böyük bir ajiotaj yaşandı. Nikkei 225 Tokio birjası indeksi ticarət gününün ilk yarısında 15 faiz dəyər itirsə də, günün ikinci yarısında bu itki 6.5 faizv həddinə düşdü. ABŞ və Avropanın bir sıra birjalarının indeksləri ticarət gününün ilk saatlarında 6-8 faiz dəyər itirsələr də, sonrakı saatlarda bu itkilərin dərəcəsi 1-3 faizə qədər yaxşılaşdı. Heç bir fundamental mənfi makroiqtisadi göstəricilərin olmadığı bir gündə bu hərəkətlilik nə ilə bağlı idi? Geosiyasi gərginliyin qalması, böyük və əhatəli müharibə ehtimalının olması birjalara bu qədər təsir göstərə bilərdimi?

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, bu sualın cavabı üçün öncə digər suala cavab tapmaq lazımdır.: “Birjalarda nə baş verdi? Ticarət gününün əvvəlində kütləvi satışlar (sell-off) həyata keçirildi. Hətta Berkshire Hathaway investisiya şirkəti (Warren Buffet) investsiya etdiyi Apple şirkətinin əlində olan səhmlərinin 50 faizini satdığını, şirkətin tarixi ərzində hazırda sərəncamında ən yüksək nisbətdə və nominal ifadədə nağd vəsait saxladığını bəyan etməklə satışları və ajiotajı sürətləndirdi. Dünya birjalarında satış ajiotajları yarandı. Birjaların indeksləri 6-8, Tokio birjası 15 faiz dəyər itirdi. Sonra alışlar başladı. Satanları elan etdilər, bu da ajiotajları sürətləndirdi. Alanlar isə hələlik bəlli deyil. Deməli, gün ərzində təkcə satışlar olmadı, alışlar da oldu.

Ilk dəfə deyil. Qlobal birjalar tarixində belə hərəkətliliklər çox olub. Bu cür hərəkətliliyin adı isə böhran, çöküş deyil, əldəyişmədir. Bu əldəyişmə nə vaxt baş verdi? FED-in sentyabrdan faiz endirimlərinə başlayacağını elan etməsi ilə. Bundan sonra birjalarda qiymət artışları əlbəttə, labüd olacaq. Amma gözlənilən qiymət artışlarından öncə nisbətən aşağı qiymətdən xüsusilə texnoloji və fəaliyyəti gələcəklə bağlı olan şirkətlərin səhmlərinin əldəyişməsi (maliyyə dilində isə bunun adı "yenidən mövqelənmə"dir) gözlənilməz deyildi...
Yəqin ki, proses bundan sonra tədricən davam edəcək”…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR