İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu görüntü bütün dünyanı göz yaşlarına boğdu - TƏSİRLİ FOTO

Günlərdir dünyanın gözü zəlzələ bölgəsindən gələn xəbərlərdədir...

Dünya, demək olar ki, Türkiyə üçün səfərbər olub. Dünyanın hər yerindən - müharibə vəziyyətində olan Ukraynadan, münasibətlərin gərgin olduğu Yunanıstana qədər hər yerdən Türkiyəyə dəstək və yardım gəlib.

Mütəxəssis qruplar dağıntılar altında qalanları xilas etmək üçün zamanla yarışır. Ümidlər hər keçən saat azalır.

Musavat.com xəbər verir ki, Associated Press (AP) beynəlxalq xəbər agentliyinin Nurdağından çəkdiyi kadr bütün dünyanı təsirləndirib və ümid dolu, həm də acı gözləntiləri ortaya qoyub.

63e4f31f4e3fe02df0042b3f.jpg (88 KB)

AP şəkli oxucuları ilə aşağıdakı qeydlə paylaşıb:

"67 yaşlı Mehmet Nasir Duran dağıntıların yaxınlığında oturub. Dağılmış binada onun ailəsinin 5 üzvü var".

Bu kadr qısa müddətdə dünyanın müxtəlif yerlərində bir çox xəbər platformaları tərəfindən paylaşılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR