İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gəlirlər bu gündən vergidən azad edildi

"Bu gündən etibarən "ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial media hesabında yazıb.

Vüqar_Bayramov.jpg (3.90 MB)

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşib və hüquqi bazası formalaşdırılıb:

"Bu, həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənməsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək.

ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR