İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Ermənistanla Azərbaycan arasında gərginliyin davam etməsi deməkdir” - ŞOK XƏBƏRDARLIQ

“Ermənistan hakimiyyəti Qarabağdan Ermənistana köçən əhalinin yerləşdirilməsi və bəzi humanitar məsələlərin həlli, inteqrasiya ilə bağlı məsələri həll etməklə işini bitmiş hesab edir, amma separatçıların Azərbaycana qarşı istifadə edilməsini özlərinin revanşist planlarına daxil edən qüvvələr dinc durmurlar”.

Bu fikirləri Musavat.com-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı Ermənistanda revanşçı qüvvələrin yenidən baş qaldırması, öz istəkləri ilə Azərbaycanı tərk etmiş ermənilərin Xankəndiyə qayıdışı üçün petisiya başladılması istiqamətində qaldırılan hay-küyə münasibət bildirərkən deyib.

qafar.png (544 KB)

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyətinin içərisində də Qarabağ ermənilərinin geri dönüşü kimi prinsiplərdən sui-istifadə halları var və artıq erməni cəmiyyətinin bir qrupu bu yöndə təşkilatlanmaqdadır:

“Onlar bütün imkanlardan istifadə edəcəklər ki, Azərbaycana geri dönən, ya da dönmək istəyən ermənilər gündəmdə olsun. İstər-istəməz yaradılan komissiya və başqa qurumlar revanşizmi özü ilə gətirəcək. Paşinyan hakimiyyəti bundan ehtiyat etdiyindən Voskanyanın komissiyasının başqa bir ölkəyə keçirilməsini istəyir, erməni siyasi elitası da bu fikirdədir ki, hansısa Avropa ölkəsində bu komissiya Qarabağa geri dönəcək ermənilərə təhlükəsizlik qarantı almağa yardım edərdi. Tələblər də Ermənistanın tələbləri kimi, qəbul edilməzdir. Amma nə olur-olsun, ermənilərin Qarabağa geri dönüş işində bir revanşist hərəkatı da gətirəcəyi şübhəsizdir. Bu, Ermənistanla Azərbaycan arasında gərginliyin davam etməsi deməkdir ki, bəzi ölkələr bu halın qalmasının tərəfdarıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR