Onlayn ictimai-siyasi qəzet
Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.
ABŞ-də aparılan araşdırma parasetamolun insanların riskə yanaşmasına təsir etdiyini ortaya çıxarıb. Ohio Dövlət Universitetinin alimləri müəyyən edib ki, bu ağrıkəsici dərmanı qəbul edən şəxslər qərar vermə zamanı daha çox riskə gedirlər.
Tədqiqatda iştirakçılara kompüter simulyasiyasında riskli seçimlər təqdim olunub. Parasetamol qəbul edənlər, digərləri ilə müqayisədə daha cəsarətli davranışlar nümayiş etdiriblər. Alimlər bunu dərmanın qorxu və narahatlıq hissini azaltması ilə izah edir.
Araşdırma müəllifləri qeyd edir ki, parasetamol yalnız fiziki deyil, emosional təsirlərə də malikdir və bu, bəzi hallarda şəxsi münasibətlərə belə təsir göstərə bilər./Milli.Az
Qeyd edək ki, parasetamol ötən gün Azərbaycanda geri çağırılıb.
27 Sentyabr 2025
03:11 Azərbaycan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 10 ölkə ilə sazişlər imzalayıb
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ