İnsanlara hürriyət, millətlərə istiqlal!

BU DƏQİQƏ Kurskda QIRĞIN gedir: 400 ölü, Moskvadan xəbərdarlıq - CANLI

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhəd bölgələrində itkiləri gündə 380-ə qədər hərbçiyə çatıb. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 380-ə qədər hərbçi və 22 zirehli texnika təşkil edib. ABŞ faktiki olaraq Rusiya ilə Ukrayna arasında münaqişənin tərəfinə çevrilərək gərginliyin dərəcəsini artırıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonun Kiyevin Kursk vilayətində ABŞ silahlarından istifadəsinə icazə verməsini şərh edərkən deyib.
“Hegemon ambisiyaları və ölkəmizə “strateji məğlubiyyət” yaşatmaq istəyində boğulan Vaşinqton Rusiya ilə gərginliyin dərəcəsini dəfələrlə artırıb, bir sıra yüksək rütbəli Amerika rəsmilərinin rəsmi bəyanatlarının əksinə olaraq, bundan yayınmağa çalışmır”, - rusiyalı diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, bunu Pentaqon nümayəndələri və ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbinin Vaşinqtonun Ukrayna ordusunun Rusiya ərazisindəki zərbə zonasının genişləndirilməsi imkanlarını müzakirə etmələri barədə bəyanatları da təsdiqləyir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı siyasi ekspert Züriyə Qarayevadır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR