Onlayn ictimai-siyasi qəzet
Bakı, Sumqayıt və Gəncədə yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında daha etibarlı bir evə köçmək istəyir.
Musavat.com-un xəbərinə görə, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) 384 respondent arasında keçirdiyi "Zəlzələ ehtimalına qarşı risklərin, ictimai davranış və mühakimənin qiymətləndirilməsi" ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub.
Bildirilib ki, 13% sakin yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmır və daha etibarlı bir evə köçməyi planlaşdırır. Eyni zamanda sorğu iştirakçılarının 46%-i yalnız dövlət yardımı olarsa, daha etibarlı bir evə köçə biləcəyini ifadə edib, 39%-i ümumiyyətlə köçməyi planlaşdırmadığını bildirib.
Köçməyi planlaşdıranların nisbəti yeni və köhnə binalar üzrə bərabər olmasına baxmayaraq (hər biri üzrə 13%), bunun dövlət yardımı halında mümkün olacağını ifadə edənlər üzrə fərqlər qeydə alınır. Belə ki, yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında köçə biləcəyini ifadə edib. Həmçinin yeni binalarda yaşayan iştirakçıların yarısı (50%-i), köhnə binalarda yaşayanların 36%-i ümumiyyətlə köçməyi planlaşdırmır.
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ