İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bələdiyyə sədrləri barəsində inzibati tədbir görüldü

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Musavat.com xəbər verir ki, iyunun 7-də Ağsu rayonu ərazilərində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Ağsu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri, Pirhəsənli və Yəgəli kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.  

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR