İnsanlara hürriyət, millətlərə istiqlal!

“Brüsseldə Paşinyana başa saldılar ki...” - İrəvan bu dəfə prosesi poza bilməyəcək

Ermənistan iqtidarı enində-sonunda öz xalqını sülhə hazırlamalı olacaq - Bakının 5 baza prinsipi əsasında...

Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanması prosesinə start verildi. Bu məqsədlə iki ölkə xarici işlər nazirlərinə sülh müqaviləsini hazırlamaq tapşırıldı. Həmçinin tərəflər sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiya yaratmaq barədə razılığa gəldilər ki, bu da barışıq prosesinə əngəl yaradan, qarşılıqlı etimada zərbə vuran sərhəd insidentlərinin minimuma endirilməsi baxımından az önəm kəsb eləmir.

Təbii ki, prosesin intensivliyi ilk növbədə rəsmi İrəvanın nə dərəcədə ona sadiq qalması və töhfə verməsindən, habelə Qarabağın anklav hissəsində qalmış separatçı tör-töküntülərin xarici amillərin (Rusiya və s.) təsiri altında özlərini necə aparmasından asılı olacaq. Hər necə olmasa, sülh prosesi ikitərəflidir və təkcə Bakının iradəsinə bağlı deyil.

Hərçənd Ermənistanı tərəf adlandırmaq çətindir. Ona görə ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra İrəvanın söz sahibi qalmayıb və kapitulyant ölkənin ipi bütünlüklə Rusiyanın əlinə keçib. Deməli, Moskvanın iradəsi mühümdür.

İlham Əliyevlə Vladimir Putin müttəfiqlik Bəyannaməsini imzaladılar

Bu da var ki, Azərbaycan və Rusiya liderləri - İlham Əliyev və Vladimir Putin fevralın 22-də müttəfiqlik haqda Moskva Bəyannaməsi imzalayıblar. Həmin sənəddə ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının qarşılıqlı tanınması ilə yanaşı, separatçılıqla birgə mübarizə, sülh, sabitlik, təhlükəsizlik və s. məsələlər haqda çox önəmli bəndlər yer alır. İndi əgər məntiqlə Rusiya bizə müttəfiqdirsə, niyə də o, ərazi bütövlüyümüzün tanınmasını da ehtiva edəcək sülh müqaviləsini imzalaması üçün Ermənistana təzyiqlər göstərməsin?

İstənilən halda, İrəvan enində-sonunda öz xalqını sülhə hazırlamalı olacaq. Və buna nə qədər tez başlasa, bir o qədər erməni xalqının iztirabları tez bitər. Bundan ötrü Ermənistan rəhbərliyi maksimalist və absurd tələblərdən vaz keçməlidir...

*****

“Hər şeydən göründüyü kimi, Ermənistan Brüssel danışıqlarında da öz gündəliyinin qəbuluna nail ola bilmədi. Mən Qarabağın statusu məsələsini, İrəvanın son həftələrdə Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı diqqət mərkəzində saxladığı məsələni nəzərdə tuturam. Qarabağ Azərbaycandır və bu məsələyə başqa cür baxıla bilməz və baxılmayacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi, ölkə Prezidentinin də qeyd etdiyi kimi, digər vətəndaşların malik olduğu bütün hüquqlarla təmin oluna bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış rusiyalı hərbi ekspert, “Rusiya Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına  imkan verən amillər barədə danışıb - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

“Şübhəsiz, Paşinyan bu mövzunu (status məsələsini - red.) müxtəlif danışıqlar formatları vasitəsilə irəli sürməyə çalışıb. Ermənistanın baş naziri dəfələrlə Qərb dövlətləri ilə təmaslarda bu kartı oynamağa cəhd edib. Amma uğursuz oldu. Brüsseldəki yekun bəyanatda sülh sazişi üzrə danışıqların ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində aparılmalı olduğu barədə heç bir qeyd yoxdur. İrəvan isə məhz bunda təkid edirdi. Amma xatırladığımız kimi, rəsmi Bakı dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bitib, ona görə də Minsk Qrupu daha bununla məşğul ola bilməz. Brüsseldə aparılan danışıqlar Azərbaycan diplomatiyasının gücünü bir daha göstərdi”, - deyə ekspert qeyd edib.

Ekspertin sözlərinə görə, qarşıdan yeni reallıq gəlir və Paşinyan başa düşməlidir ki, qonşu dövlətlərlə münasibətlərin normallaşması Ermənistana konkret imkanlarla xarici aləmə çıxmaq şansı verə bilər...

*****

“Avropa İttifaqının Rusiyaya alternativ kimi Azərbaycanın enerji resurslarına artan ciddi marağı nəzərə alınarsa, Qarabağ məsələsi Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanın xeyrinə həll olunacaq. Ermənistan isə müharibədəki məğlubiyyəti və mövcud hakimiyyətin siyasi kursu ilə bu işdə həm Bakıya, həm də Brüsselə kömək etməyə hazır olacaq”.

Bunu isə Brüssel görüşlərini şərh edən erməni siyasi icmalçı Ayk Xalatyan söyləyib.

Brüssel görüşləri bölgədə sülh prosesinə etimad yaradır -CAVANŞİR FEYZİYEV  YAZIR - Günün Səsi

“Dünənki (srağagünkü-red.) görüş onu göstərdi ki, Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti ”nəyin bahasına olursa-olsun sülh" siyasətini davam etdirir. Bu isə erməni tərəfinin ciddi birtərəfli güzəştləri deməkdir. Bunu hakimiyyətin əvvəlki bəyanatları, eləcə də onun Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul eləməsi sübut edir. Həmçinin Şarl Mişel görüşün yekunlarına dair verdiyi açıqlamada Qarabağın statusu ilə bağlı heç nə demədi. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti Qarabağın statusunu Azərbaycanın bir hissəsi kimi nəzərdən keçirməyə hazırdır", - deyə o vurğulayıb...

*****

Sülh prosesinin irəli aparılmasına təbii ki, ABŞ da ciddi töhfə verə, “qərbçi” Paşinyana bəzi reallıqları “anlada” bilər. Ümid edək ki, belə də olacaq və Vaşinqton nə qədər Ukrayna böhranına cəlb olunsa da, Güney Qafqazda böyük sülh prosesinə lazımi diqqət ayıra biləcək - pozitiv planda təbii ki. ABŞ dövlət katibi Entoni Blinkenin Brüssel görüşü ərəfəsi Azərbaycan və Ermənistan rəhbərləri ilə danışması, məxsusən Paşinyana ünvanlı “indi bölgədə vəziyyəti gərginlışdirmək zamanı deyil” ismarış-xəbərdarlığı bu yöndə ehtiyatlı nikbinliyi artırır.      

“ABŞ Dövlət katibi son bir ayda ikinci dəfə Azərbaycan və Ermənistan liderlərinə zəng etdi. Hesab edirəm ki, Azərbaycanın Fərrux əməliyyatı və qanunsuz silahlı erməni birləşmələrinin bölgədən çıxarılması tələblərində sərtləşməsi Avropa İttifaqı və ABŞ-ın iki ölkə arasında danışıqlar prosesini sürətləndirmək üçün hərəkətə gətirib”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Bu fikri politoloq Məhəmməd Əsədullazadə söyləyib.

Ekspert Vaşinqtonun Bakı və İrəvan arasında vasitəçilik səylərinə də diqqət çəkib: “Görünür ABŞ tərəflər arasında vasitəçi missiyasını həyata keçirməyə çalışır. Qənaətimə görə, Bayden administrasiyasının səyləri və ya Ağ Evdən artan telefon zəngləri iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına və Brüssel prosesinin konkret nəticələrlə sonlanmasına hesablanıb. Bu baxımdan, ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması və Qarabağda etnik ermənilərə maliyyə yardımının dayandırılması da Vaşinqtonun İrəvana təzyiqləri kimi xarakterizə edilə bilər. Çünki ayrılan vəsaitlər bölgədə separatizmin inkişafına və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinə gətirib çıxarırdı. Bu da Rusiyanın geosiyasi maraqlarına uyğun idi”.

Politoloqun əminliyinə görə, indiki halda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərə maliyyə yardımının edilməsi Vaşinqtonun maraqlarına cavab vermir: “Çünki buradakı separatçılar birbaşa Moskvanın təlimatına tabedirlər. ABŞ artıq Rusiyanın regiondan geri çəkilməsi üçün Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə maraq göstərməyə başlayıb. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni geosiyasi reallıq da bunu labüd edir. Rusiya çalışacaq ki, proses onun nəzərindən uzaqlaşmasın, bunun üçün indiyədək əldə edilmiş üçtərəfli anlaşmaların icrasının sürətləndirməyi də nəzərdən keçirə bilər. Amma Vaşinqtonun yanaşmasının real sülhə daha yaxın olduğunu düşünürəm. Ermənistan yenə prosesi pozsa, bundan sonra baş verənlər onun əleyhinə işləyəcək”.

Əlavə edək: o halda isə artıq mifik “artsax”ın deyil, Ermənistanın özünün statusu gündəmə gələ bilər...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR