İnsanlara hürriyət, millətlərə istiqlal!

Britni Spirsin döyülməsi ilə bağlı araşdırma başladıldı

Las-Veqas polisi 222 santimetr boyu olan Viktor Vembanyam ilə şəkil çəkdirməyə cəhd etdikdən sonra idmançının mühafizəçisi tərəfindən döyüldüyü iddia edilən müğənni Britni Spirsin şikayəti əsasında araşdırma aparır.

Hadisə iyun ayında 19 yaşlı fransız basketbolçunun "Aria" otelinin restoranında olub. Britni Spirs idmançını görüb, ona yaxınlaşıb, Viktorun kürəyini, sağ çiynini sığallayıb, onunla şəkil çəkdirmək istədiyini bildirib. Bu zaman o, hücuma məruz qalıb, yerə yıxılıb, eynəyi gözündən düşüb.

Britni Spirsin vəkilləri onun döyüldüyünü iddia edərək Las-Veqas polisinə şikayət ediblər.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə hadisə ilə bağlı polisin araşdırmasına başladığını təsdiqləyib. O, həmçinin əlavə edib ki, iş çox güman ki, rayon prokurorluğuna veriləcək, lakin bu, heç kimə qarşı ittiham irəli sürüləcəyi demək deyil.

Mənbələrin məlumatına görə, polis artıq hücumçunun kimliyini müəyyən edib - bu, "San-Antonio" klubunun təhlükəsizlik xidmətinin şefi Damian Smitdir. İlkin məlumatlara görə, işə cinayət işi kimi baxılmır və Smit, çox güman ki, müğənniyə zərər vermək niyyətində olmayıb, əksinə, o, Vembanyamanı müdafiə edib.

Ancaq maraqlıdır, boyu 1.70 olan zərif müğənni 222  sm (iki metr 22 santimetr)  boyu, 110 kilo çəkisi olan basketbolçuya nə edə bilərdi ki, cangüdən elə həyəcanlanıb?

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR