İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın XİN rəhbəri İranı keçmiş nazir müavininin edamını dayandırmağa çağırıb

Böyük Britaniya İran hakimiyyətini keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbərinin edamını dayandırmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib.

"İran Britaniya pasportuna malik Əlireza Əkbərinin edamını dayandırmalı və onu dərhal azad etməlidir. Bu, insan həyatına tamamilə hörmətsizlik edən vəhşi rejimin siyasi motivli hərəkətidir", - Kleverli qeyd edib.

Qeyd edək ki, İran məhkəməsi Əkbərini edam cəzasına məhkum edib. O, İngiltərənin xeyrinə casusluqda təqsirli bilinir. Əkbəri özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və onların əsassız olduğunu bildirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR