İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq: “Fransa Senatının bu addımını ən kəskin şəkildə pisləyirəm”

 

“Fransanın qəbul etdiyi qətnamə Fransa-Azərbaycan münasibətləri tarixində ən uğursuz haldır”.

Bu sözləri Böyük Britaniyanın tanınmış jurnalisti və politoloqu doktor Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

Politoloq həmçinin qeyd edib ki, Azərbaycan neftinin və qazının ixracına qarşı sanksiyalar tələb edilməsi beynəlxalq hüquqa ziddir.

“Bu, Fransada qəbul edilmiş 30 illik anti-Azərbaycan təkliflər silsiləsində ən sonuncu və ən ciddi təklifdir”.

Politoloq vurğulayıb ki, bu addım yalnız Fransa siyasətində, biznesində və mədəniyyətində hökmran olan erməni diasporunu sakitləşdirmək üçün atılıb:

“Onlar biznesləri təmsil edir və gələcək seçkilərdə səs verirlər. Fransa öz torpaqlarının Azərbaycana qaytarılmasına, sülhün əldə olunmasına həmişə müqavimət göstərib. O, 30 ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri olub. Həmin zaman sülhə mane olublar.

Fransa  Aİ-nin ayrılmaz ölkəsidir. Rusiyanın sülh prosesində heç bir rol oynaya bilmədiyi bir şəraitdə Aİ danışıqlarda üstünlüyü ələ keçirdi, xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan nefti və qazına ehtiyac olduğunu etiraf etdi.

 İndi Fransanın Aİ mandatı üzrə sülh danışıqlarını pozmaq potensialı var. Bundan əlavə, Azərbaycanın enerji sektoruna qarşı istənilən sanksiyalar Rusiyaya kömək edəcək, çünki Azərbaycan “Qazprom”dan asılı olan Cənub-Şərqi Avropanın geniş əraziləri üçün etibarlı enerji mənbəyidir.

Mən Fransa Senatının bu addımını ən kəskin şəkildə pisləyirəm və Böyük Britaniyanın Azərbaycan ərazisinin bərpasını və sülh prosesini dəstəklədiyini bir daha bildirirəm”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR