İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı deputat COVID-19 vaksinlərini “Holokost”la müqayisə edib

 

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının deputatı Twitter-də “COVID-19 peyvəndi haqqında "yanlış məlumat" yaydıqdan sonra partiya təşkilatçısı vəzifəsindən uzaqlaşdırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Deputat Endryu Bridcenin paylaşdığı həmin tvit sonradan silinib.

Britaniyalı deputat əslində, öz hesabında ifrat sağçı “ZeroHedge” bloqunda peyvəndlər haqqında məqaləyə keçid paylaşıbmış. "Bir məsləhətçi kardioloqun mənə dediyi kimi, bu, Holokostdan sonra insanlığa qarşı ən böyük cinayətdir",-deyə ingilis siyasətçi qeyd edib.

Paylaşmadan bir neçə dəqiqə sonra partiyanın nizam-intizamına nəzarət edən Simon Hartdan sərt təpki gəlib. “Peyvənd haqqında yanlış məlumat zərər verir və insan həyatı bahasına başa gəlir. Rəsmi araşdırmaya qədər mən Endryu Bridceni partiya təşkilatçısı vəzifəsindən kənarlaşdıracağam”,-deyə o qeyd edib.

Qeyd edək ki, britaniyalı deputat artıq beş gün müddətinə İcmalar Palatasında iştirakdan kənarlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR