İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı baş nazir Milad bayramında sığınacaqda qalan insanlara səhər yeməyi çəkdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Milad bayramı ərəfəsində Londonda yerləşən evsiz insanların qaldığı sığınacaqda olub.

Evsiz insanlara səhər yemeyinin verilməsində iştirak edən R.Sunak orada qalan şəxslərdən biri ilə söhbət də edib.

Britaniyalı Baş nazir tanımadığı şəxsdən biznesə həvəsi olub-olmadığını soruşub.

Həmin şəxs isə cavabında bildirib ki, biznes onun maraq dairəsində olan sahələrdən biridir.

Sunak isə öz növbəsində evsiz kişiyə bu istiqamətdə kömək edəcəyinə söz verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR