İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada ərzaq qiymətlərində rekord bahalaşma müşahidə olunur

Sentyabr ayında Böyük Britaniyada ərzaq səbətinin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə orta hesabla 10,6 faiz bahalaşıb.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, bu, ölkədə ərzaq səbətinin qiymətinin hesablanmağa başlanıldığı 2005-ci ildən bəri ən yüksək göstəricidir. Mütəxəssislərin fikrincə, bahalaşma ərzaq və enerji böhranları ilə bağlıdır. Bu da öz növbəsində heyvan yemi, gübrə, bitki yağı və logistika qiymətlərinin kəskin artmasına səbəb olub.

Məlumata görə, Britaniya əhalisi elektrik enerjisinin və xammalın qiymətlərində, həmçinin nəqliyyat xərclərində görünməmiş artımlarla üzləşib. Bütün bunlar məhsulun yekun qiymətində əks olunur.

Milyonlarla ev təsərrüfatının kreditlə aldığı ərzaq mallarına görə borcu yaranıb və ekspertlər hesab edirlər ki, hökumət onlara yardım göstərmək üçün təcili tədbirlər görməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR