İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Xarici Kəşfiyyat İdarəsinin rəisindən ruslara ÇAĞIRIŞ

Britaniya Xarici Kəşfiyyat İdarəsi-“Mİ6” xidmətinin rəhbəri Riçard Mur Putin əleyhinə olan bütün ruslarla əməkdaşlıq edə biləcəklərini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı o, çərşənbə günü Praqada açıqlama verib.

Riçard Murun sözlərinə görə, “Mİ6” Rusiya prezidenti Vladimir Putinin ətrafı arasında “dərin parçalanma” görür. Onun fikrincə, bu ilin 23-24 iyun tarixlərində Vaqner ÖHŞ-nin qiyamı Putinin “qeyri-sabit avtokratiyasının” “geridönməz tənəzzülü”nün göstəricisi idi.

Britaniyanın əsas kəşfiyyatçısının qənaətinə görə, Rusiya bundan sonra çətin ki, Ukraynadakı müharibədə öz mövqeyini bərpa edə bilsin.

Bundan əlavə, Riçard Mur Rusiyanın indiki vəziyyətini 1968-ci ildə Sovet qoşunlarının Çexiyaya daxil olduğu Praqada etirazların yatırılması ilə müqayisə edib. Kəşfiyyat rəhbərinin bildirdiyinə əsasən, bu gün bir çox ruslar əcdadlarının 1968-ci ildə verdiyi əxlaqi suallarla üzləşirlər. "Onlar ürəklərində başa düşürlər ki, Putinin qardaş slavyan xalqına hücum etməsinin iddia edilən səbəbləri yalan və fantaziyalara söykənir", - deyə Mur bildirib.

"Mİ6"-nın rəisi müharibə əleyhinə olan bütün rusları Britaniya kəşfiyyat xidmətləri ilə əməkdaşlığa çağırıb. "Qapımız həmişə sizin üzünüzə açıqdır. Sizin sirləriniz bizimlə və təhlükəsiz şəkildə qalacaq",-deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR