İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya şirkəti Söyüdlü düyününü çözdü

Nazir kənddə iclas keçirdi, sakinlərin müraciət etmələri üçün əlaqələndirici şəxs təyin olundu

Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın növbəti iclasında əsas yekun bu olub ki, üç müşahidə quyusunun suyunda sianid qeydə alınıb. Halbuki proseslər yeni başlayan zaman sözügedən mədəni idarə edən şirkət sianid turşusunun olduğunu inkar edirdi, bildirirdilər ki, belə bir şey yoxdur. Amma ekspertlər onların əksinə olaraq qeyd edirdilər ki, Dövlət Komissiyası bunu aşkar edəcək, elə də oldu, üç quyuda miqdarından asılı olmayaraq sianid turşusunun aşkar edildiyi açıqlandı.

Maraqlıdır ki, əhalini narahat edən məsələlərin həlli istiqamətində verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar "Micon" İnternational Co Limited şirkəti Azərbaycana dəvət olunub və 2023-cü il 25 iyul-01 avqust tarixlərində beynəlxalq şirkətin ekspertləri tərəfindən Gədəbəy mədən sahəsi və ətraf ərazilərdən - Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivində müstəqil monitorinqlər keçirilib, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsi ölçülüb. Belə ki, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürülüb, su keyfiyyəti üzrə monitorinq məlumatları 35 parametr üzrə (suda sianidin miqdarı, ümumi, sərbəst və zəif turşulu mühitdə dissosiasiya olunan miqdarları) təhlil edilib. İclas zamanı qərara alınıb ki, zavodun fəaliyyətinin mərhələli şəkildə bərpası yenidənqurma və modernləşdirmə işlərinin yerinə yetirilməsi qrafikinin işlənib hazırlanmasından və təqdim olunmasından, onun müvafiq dövlət qurumları ilə razılaşdırılmasından sonra təmin oluna bilər.

Qeyd edək ki, "Micon" İnternational Co Limited şirkəti dağ-mədən sektorunda beynəlxalq təcrübəyə malikdir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində maraqlı məqama toxunub.  “Mən komissiyanın rəyində belə bir məsələ sezdim ki, şirkətin fəaliyyətinə, yenə həminki qayda ilə, yəni sianid turşusu vasitəsilə prosesin aparılmasına icazə verilə bilər, amma qaydalara əməl etmək şərtilə. Bu, məyusedici haldır. Mən gözləyirdim ki, hasilat üsulu dəyişdiriləcək. Bilirsiz ki, indi dünya 50 il bundan əvvəlki dünya deyil, indi qızıl hasilatında ətraf mühitə daha az zərər verən bir neçə hasilat metodu bəllidir”, - deyə A.Nəsirli bildirib.

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Xəbərlər

Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Nazirlər Kabineti tərəfindən yaradılmış komissiyanın bu müddətdə ciddi çalışdığı görünür: “Xarici şirkətin köməyi ilə ciddi yoxlamalar aparılıb. Sianid maddəsinin olması barədə məlumatların verilməsi onu göstərir ki, məsələyə müəyyən dərəcədə obyektiv yanaşılıb. Sianid turşusunun təhlükəsi barədə əvvəlcədən də xəbərdar olunurdu. Təbii ki, bunsuz da istehsal etmək mümkün deyildi. Amma bunun miqdarı məsələsi daha çox önəmli idi. Ətraf mühitə və vətəndaşlara nə qədər zərər vurur. Vətəndaşların da etirazlarının bu formada nəzərə alınması, araşdırılma aparılması müsbət bir tendensiyadır. Hər halda, toplaşaraq belə bir açıqlama verilməsi onu göstərdi ki, hökumət bu kimi məsələlərə kifayət qədər həssaslıqla yanaşır. Mən də fikirləşirəm ki, əslində hasilatın müəyyən dərəcədə üsulu dəyişməli idi. Bu üsul əgər ətraf mühitə ziyan vurursa, əhalinin yaşaması üçün ciddi problemlər yaradırsa, mədən, yaxud da istehsal vətəndaşın həyatından daha vacib deyil. Bəlkə birdən-birə bunu dəyişmək çətindir, amma hər halda, qeyd olunmalıdır. Gələcək üçün belə bir tövsiyə verilib, fərqli bir metodologiya üzrə bu istiqamətdə  yeni bir hasilat metodunun gerçəkləşməsi barədə araşdırmalar aparılır. Bunun verilməsi müəyyən dərəcədə gələcəyə ekoloji fəlakətin çərçivəsinin böyüməsinin qarşısının alınması istiqamətində düşünüldüyü rəyini yarada bilərdi. Ona görə də bu məsələ barədə mən də o fikirdəyəm ki, vətəndaş sağlamlığıma zərər verən hansısa istehsal varsa, bunu hansısa formada daha az zərərli, ya da zərərsiz formada həyata keçirmək yolları axtarılmalıdır”.  

Nəzərə çatdıraq ki, ötən gün Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin kənd sakinləri ilə görüşü də keçirilib. Görüş çərçivəsində “Micon” Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri təqdim olunub. Gədəbəy rayonunun Söyüdlü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”(AIMC) bütün tövsiyələri, monitorinq nəticələrini qəbul edib və pozuntu hallarının olduğunu etiraf edib. Bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev “Micon” Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib. Nazir əlavə edib ki, Gədəbəyin Söyüdlü kəndində ekoloji məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sakinlərin müraciət etmələri üçün birbaşa əlaqələndirici şəxs də təyin olunub. O bildirib ki, həmin şəxs Nəzərov Surxay Əli oğludur və vətəndaşlar mövcud problemlərlə bağlı ona müraciət edə bilərlər: “Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan nümunələr götürülüb və müəyyən edilib ki, codluq və bulanıqlılıq, həmçinin ağır metallar normadan yüksəkdir. Bir nöqtədə sianidin miqdarı 0,013 müəyyən edilib. Əslində isə norma 0,005 olmalıdır. Həmçinin 32 nöqtədə torpaqdan nümunələr götürülüb. Bütün göstəricilər norma daxilində olub, lakin ağır metallar yüksək göstəricilərlə xarakterizə olunub. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb”. Nazir qeyd edib ki, “Micon” şirkətinin apardığı monitorinqlərin yekunlarına dair həm şirkətə tövsiyə xarakterli sənəd hazırlanıb, həm də dövlət qurumları üçün nəzarət tədbirlərinin görülməsi və problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr təqdim edilib.

Nazirin sözlərinə görə, aparılan yoxlamalar zamanı Gədəbəy Qızıl-Mis Emalı Zavodunda avtomatik idarəetmə sisteminin işləmədəyi və ya yarı avtomat rejimdə çalışdığı müəyyən edilib: “Bu da tullantıların gölə axıdılması zamanı kimyəvi tullantılara nəzarətin zəif olmasına gətirib çıxarır. Biz şirkətlə bərabər ictimai nəzarətin qurulmasına çağırış edirik".

Qeyd edək ki, sianid bədənin oksigendən istifadə etmə qabiliyyətinə mane olan, sürətlə hərəkət edən, potensial ölümcül kimyəvi maddədir. Sianür hidrogen sianid (HCN) və ya sianogen xlorid (CNCl) kimi rəngsiz qaz və ya maye ola bilər. Sianid bəzən “acı badam” qoxusuna malik olaraq təsvir edilir, lakin heç də həmişə qoxu vermir. Sianidin suya buraxılmasından sonra insanlar suya toxunmaqla və ya içməklə məruz qala bilərlər. Suya buraxılan bərk sianid həmçinin hidrogen sianid qazı (HCN və ya AC) yarada bilər. Sianidlə qida və ya içkinin bərk formalarla çirklənməsi ehtimalı daha yüksəkdir. Sianid qazı hava şəraitindən asılı olaraq açıq yerlərdə tez dağılaraq onu açıq havada daha az zərərli edir. Sianidə məruz qalmanın əlamətləri və simptomları çoxdur. Kiçik dozalarda sianidə məruz qaldıqda və ya dərhal sonra bu əlamətlər və simptomlar inkişaf edə bilər: sinə ağrısı, sinə sıxlığı, başgicəllənmə, göz ağrısı, göz yaşı, həyəcan, nəfəs almaqda çətinlik, başağrısı, ürəkbulanma, sürətli və ya yavaş ürək dərəcəsi, sürətli və ya yavaş nəfəs alma, narahatlıq, nəfəs darlığı, qusma, zəiflik.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR