Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kamilla Bukinqem sarayına köçmək istəmirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Daily Mail” yayıb.
Mənbənin sözlərinə görə, Kral hesab edir ki, Bukinqem sarayı müasir dünyada yaşayış üçün uyğun gəlmir və saray xərcləri rasional deyil.
Bildirilir ki, Britaniya Kralı 2003-cü ildən etibarən həyat yoldaşı ilə Vestminsterdə Klarens-haus iqamətgahında yaşayır.
Qeyd edək ki, Britaniya mediasının daha əvvəl yazdığı məlumata görə, Kral Çarlz növbəti 5 il ərzində təmir işləri səbəbindən Bukinqem sarayına köçə bilməyəcək.
15 Oktyabr 2024
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ