İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatından ŞOK AÇIQLAMA: 55 Çin hərbçisi...

Çin Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın bu ilin avqustunda Sarı dənizdə Britaniya və Amerika gəmiləri üçün qurulan tələyə düşdüyü iddia edilir.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti Britaniya kəşfiyyatına yaxın mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində 55 çinli dənizçi həlak olub. Çin hökuməti dənizçilərin ölümü ilə bağlı məlumatları təsdiqləmir.

Nəşrin məlumatına görə, qəza 21 avqust 2023-cü ildə Tayvan boğazında baş verib. Britaniya kəşfiyyatçılarının topladığı məlumatlar göstərir ki, insident nəticəsində ümumilikdə 55 ekipaj üzvü - 22 zabit, 7 kursant, 9 kiçik zabit və 17 dənizçi həlak olub. Bundan əlavə, ölənlər arasında sualtı qayığının kapitanı Syue Yun-Pen də var.

Çin Müdafiə Nazirliyi qəza ilə bağlı xəbərləri yalan adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR