İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatı Putinin "Azovstal" əmrinin sirrini açdı

Rusiya Prezidenti Vladimir Putinin gözlənilmədən Mariupoldakı “Azovstal” zavoduna hücumdan imtina etməsi Qərbin marağına səbəb olub. AzVision.az xəbər verir ki, Britaniya kəşfiyyatı bu diqqətçəkən hadisəyə reaksiya verib.

İngilis kəşfiyyatçılar belə hesab edirlər ki, bu qərar hərbçilərin daha çox Ukraynanın şərqindəki başqa yerlərdə yerləşdirmək istəyindən xəbər verir.


"Britaniya kəşfiyyatının yaydığı məlumatda qeyd edilir ki, Rusiyanın zavoda qurudan tammiqyaslı hücumu Moskvanın əhəmiyyətli itkilər verərək, onların ümumi döyüş effektivliyini daha da azaldacaqdı.
Bununla belə, Rusiya Popasna daxil olmaqla, daha da irəliləməyə çalışdığı üçün Donbasın şərqində güclü döyüşlər davam edir.

"Ruslar hələ də müharibənin əvvəlində olduğu kimi itkilər verirlər. Onlar tükənmiş qüvvələrini bərpa etməyə çalışırlar və bunun üçün işlək olmayan avadanlıqları təmir məqsədilə ölkəyə qaytarırlar", - Britaniyalıların hesabatında deyilir.

Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Şoyqu Mariupola tam şəkildə ələ keçirdiklərini yalnız "Azovstal" zavodunda bir neçə min hərbçinin mühasirədə qaldığını məruzə edib. Putin isə "Azovstal"a hücumun dayandırılması barədə göstəriş verib. Bundan əvvəl isə zavodun ərazisi havadan bir neçə dəfə uğursuz hücumlaraa məruz qalmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR