Onlayn ictimai-siyasi qəzet
Britaniya Baş nazirinin sözçüsü amerikalı iş adamı, milyarder İlon Maskın ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğu ilə bağlı şərhini qınayıb.
AZƏRTAC xəbər verir ki, İlon Mask Britaniyadakı iğtişaşları əks etdirən və “X” sosial şəbəkəsində “kütləvi miqrasiyanın və açıq sərhədlərin təsiri” başlığı ilə paylaşılan videoya şərh yazıb. O, şərhdə Britaniyada vətəndaş müharibəsinin qaçılmaz olduğunu deyib.
Baş nazirin sözçüsü İlon Maskı qınayıb və belə şərhlərə heç bir əsas olmadığını deyib. O, azlıq təşkil edən bu quldurların Britaniyanın tam şəkildə əks etdirmədiyini vurğulayıb.
Qeyd edək ki, İlon Maskın sahibi olduğu sosial media platforması “X”də yayılan dezinformasiyaların Britaniyadakı ifrat sağçıların iğtişaşlarını və aksiyalarını daha da gücləndirdiyi bildirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ